Dünyanın gözü Ağ Evdə: Türkiyə ilə bağlı Trampın İKİ SEÇİMİ: 180 gün... - YENİLƏNDİ
Bizi izləyin

ABŞ

Dünyanın gözü Ağ Evdə: Türkiyə ilə bağlı Trampın İKİ SEÇİMİ: 180 gün... - YENİLƏNDİ

45 senatorun və prezidentin təhlükəsizlik üzrə müşavirlərinin iştirak etdiyi toplantı 70 dəqiqə davam edib. Toplantıdan sonra hər hansı açıqlama verməyib.

Qeyd edək ki, senatorları "Sanksiyalar Yolu İlə Amerikanın Düşmənləri ilə Mübarizə" (CAATSA) qanunu çərçivəsində prezidentdən Türkiyəyə qarşı sanksiyaların tətbiqini tələb edirdilər. Lakin qanun prezidentə sanksiyaların tətbiqini 180 gün müddətində təxirə salmaq və ya 12 sanksiyadan 5-ni seçmək səlahiyyəti verir.

Toplantıdan çıxan qərarın yaxın saatlarda və ya günlərdə açıqlanacağı gözlənilir.

***

01:05

ABŞ prezidenti Donald Tramp Senatın Respublikaçılar Partiyasından olan üzvləri ilə S-400 Rusiya zenit-raket komplekslərinin alınmasına görə Türkiyəyə qarşı mümkün sanksiyaları müzakirə edir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Ağ Evdən bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm