ABŞ Türkiyəyə buna görə sanksiya tətbiq edə bilmir
Bizi izləyin

ABŞ

ABŞ Türkiyəyə buna görə sanksiya tətbiq edə bilmir

ABŞ Konqresinin üzvləri Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi almasını qınayır, lakin bundan sonrakı addımın nə olacağını təxmin edə bilmirlər.

Publika.az xəbər verir ki, buna görə də Türkiyəyə CAATSA proqramı çərçivəsində tətbiq ediləcək sanksiyalarn arxa plana keçib.

Prezident Donald Tramp ötən həftə 40-a yaxın senatoru Ağ Evə dəvət edərək məsələyə həll yolu tapmağa çalışmışdı. Senator Cim Riç Ağ Evdə qızğın müzakirə getdiyini, lakin heç bir nəticə əldə olunmadığını açıqlamışdı. Bəzi millət vəkilləri isə bölgədə əsas oyunçu olan Türkiyə ilə münasibətləri pozmağın yanlış olduğunu bildirir. Türkiyənin Vaşinqtonun sanksiyalarına cavabsız qalmayacağı ehtimalı da nəzərə alınır.

Konqres üzvləri yay tətilindən qayıdacaqları 9 sentyabr tarixinə qədər Türkiyəyə qarşı hər hansı qanun qəbul ediləcəyini gözləmədiklərini qeyd edir.

CAATSA proqramına əsasən Rusiya ordusu və kəşfiyyatı ilə əməkdaşlıq edən hər bir şəxs və şirkət azı 5 sanksiyaya məruz qalmalıdır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm