Festivalda atışmanın ANBAAN GÖRÜNTÜLƏRİ: 3 ölü, 12 yaralı - VİDEO
Bizi izləyin

ABŞ

Festivalda atışmanın ANBAAN GÖRÜNTÜLƏRİ: 3 ölü, 12 yaralı - VİDEO

ABŞ-ın Kaliforniya ştatının Gilroy şəhərində "Gilroy Garlic" qida festivalı zamanı atışma baş verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bələdiyyə şurasının nümayəndəsi Dion Brakkonun verdiyi məlumata görə, hadisə nəticəsində ən azı üç nəfər həlak olub, 12 nəfər yaralanıb.

O həmçinin qeyd edib ki, bir şübhəli saxlanılıb. Ancaq polis atışmada bir neçə nəfərin iştirak etdiyini güman edir.

Şahidlərdən birinin sözlərinə görə, atəşi təxminən 20 yaşı olan gənc oğlan açıb. Hazırda polis və xilasedici xidmətlər hadisə yerində işləyirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm