Tramp ən çətin günlərini yaşayır: Ağ Evə asanlıqla daxil olub kürəkəni ilə...
Bizi izləyin

ABŞ

Tramp ən çətin günlərini yaşayır: Ağ Evə asanlıqla daxil olub kürəkəni ilə...

Amerikalı biznesmen Tomas Barrak prezident Donald Trampa Səudiyyə Ərəbistanına nüvə texnologiyası transfer etmək üçün təzyiq göstərir.

Publika.az xəbər verir ki, bu bilgi Nümayəndələr Palatasının Audit Komitəsinin məsələ ilə bağlı yayımlanan 60 min səhifəlik hesabatı ilə gündəmə gəlib.

Hesabatda Donald Tramp üçün seçki kampaniyası zamanı ən çox ianə toplayan şəxs kimi tanınan Barrakın, eyni zamanda, “Colony Capital Inc.” adlı sərmayə şirkətinin sahibi olduğu və ABŞ-la Səudiyyə Ərəbistanının ortaq layihələri üçün istifadə edilən "IP3 International" adlı firma ilə yaxın əlaqələr qurduğu üzə çıxıb. Barrak bu imkanlardan istifadə edərək Səudiyyə Ərəbistanına nüvə texnologiyası transferinin təmin edilməsi üçün cəhd göstərir. O və firmanın işçiləri Trampın kürəkəni Cared Kuşner də daxil olmaqla, administrasiyanın ən səlahiyyətli şəxsləri ilə birbaşa asanlıqla əlaqəyə keçə bilir.

Bununla bərabər, Barrakın ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi və Birləşmiş Ərəb Əmirliklərinə səfir olmaq üçün şəxsən Trampla görüşdüyü, bu görüşlərdə ABŞ-ın maraqları xatirinə Səudiyyə Ərəbistanına hər hansı məhdudiyyət qoyulmadan nüvə texnologiyası transferi mövzusunda onu razı salmağa təkidlə çalışdığı ortaya çıxıb.

Qeyd edək ki, Nümayəndələr Palatasının Audit Komitəsi fevral ayında hökumət daxilindəki casusların verdiyi bilgi və sənədlərlə Tramp Administrasiyasının Səudiyyə Ərəbistanına “son dərəcə həssas” nüvə texnologiyası transferi gerçəkləşdirmək planının olduğunu açıqlamış və bununla bağlı istintaq işi açmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm