Hava limanında nadir hadisə: sərnişinin çamadanından elə bir şey çıxdı ki...
Bizi izləyin

ABŞ

Hava limanında nadir hadisə: sərnişinin çamadanından elə bir şey çıxdı ki...

ABŞ-ın Merilənd ştatındakı “Baltimore” Beynəlxalq Hava Limanında nadir hadisə yaşanıb.

Publika.az xəbər verir ki, sərnişinlərdən birinin çamadanından raket qurğusu çıxıb.

Amerika ordusunda xidmət etdiyini söyləyən sərnişin raket qurğusunun Küveyt səfərindən xatirə olduğunu deyib.

Aktiv vəziyyətdə olmadığı aşkar edilən raket qurğusu sərnişindən alınıb.

Qeyd edək ki, beynəlxalq aviasiya qaydalarına görə hərbi təchizat və sursat sərnişin təyyarələrinin kabinə və ya yük yerində daşına bilməz.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm