ABŞ açıqladı: Məhəmməd Cavad Zərif 1 ay öncə...
Bizi izləyin

ABŞ

ABŞ açıqladı: Məhəmməd Cavad Zərif 1 ay öncə...

ABŞ Maliyyə Nazirliyi İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərifi sanksiya siyahısına salıb.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin Xarici Mülklərə Nəzarət Ofisindən (OFAC) yazılı açıqlama yayılıb.

Bildirilib ki, Zərifə İran lideri Ayətullah Əli Xameneiyə işlədiyinə görə sanksiya tətbiq olunacaq. Həmçinin, Əli Xamenei üçün işləyən hər kəs bu siyahıya salınacaq.

Məsələ ilə bağlı tvitter hesabından açıqlama verən Zərif sanksiyaların ona təsir etmədiyini yazıb: “Sanksiyaların İran xaricində hər hansı mülküm və ya münasibətlərin olmadığı üçün mənim və ailəm üzərində heç bir təsiri yoxdur”

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İran lideri Xamenei də daxil olmaqla, sanksiya paketini 24 iyunda imzalamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm