ABŞ-da 5 günlük matəm elan edildi
Bizi izləyin

ABŞ

ABŞ-da 5 günlük matəm elan edildi

Texas, Ohio və Çikaqoda baş verən teraktlardan dolayı ABŞ-da 5 günlük matəm elan edilib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp qərar qəbul edib. Qərarda ABŞ bayrağının başda Ağ Ev olmaqla bütün qurumların binalarında, hərbi birləşmələrdə, dəniz limanlarında, səfirlik və konsulluqlarda, ABŞ-ın xaricdəki rəsmi qurumlarında 8 avqustadək yarıya qədər endiriləcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Texas ştatının El Paso və Ohio ştatının Dayton şəhərində baş verən silahlı hücumlar nəticəsində 30 nəfər həlak olub, xeyli insan yaralanıb.

Bu gün Çikaqoda törədilən iki terakt zamanı isə 9 nəfərin yaralandığı bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm