ABŞ-ın Rusiyadakı səfirinin istefa səbəbi məlum oldu
Bizi izləyin

ABŞ

ABŞ-ın Rusiyadakı səfirinin istefa səbəbi məlum oldu

ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi səfir Con Xantsmanın istefası haqqında xəbərləri təsdiq edib.

Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyi bildirib.

Daha əvvəl “Salt Lake Tribune” qəzeti diplomatın 5 avqust tarixi qoyulmuş məktubunun surətini dərc edib. Məktubda 2019-cu il 3 oktyabrdan vəzifədən gediş haqqında prezident Donald Trampa bildirilib.

Qeyd edək ki, Xantsman 2017-ci ildən ABŞ-ın Moskvadakı səfiri idi. Dörd mənbəyə istinadən “Atlantic” nəşrinin yazdığına görə, diplomat Yuta ştatında qubernator vəzifəsinə namizəd olmağı planlaşdırır. O, ştata 2004-2009-cu illərdə başçılıq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm