ABŞ ən yaxşı müttəfiqinə 800 milyon dollarlıq silah satdı - Şimali Koreyanı HİDDƏTLƏNDİRƏCƏK ADDIM
Bizi izləyin

ABŞ

ABŞ ən yaxşı müttəfiqinə 800 milyon dollarlıq silah satdı - Şimali Koreyanı HİDDƏTLƏNDİRƏCƏK ADDIM

ABŞ Cənubi Koreyaya 800 milyon dollarlıq silah satıb.

Publika.az xəbər verir ki, silah satışı Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyindən verilən açıqlamada 12 MH-60R çoxfunksiyalı donanma helikopteri və ehtiyat hissələrinin satıldığı bildirilib.

Bundan başqa, Cənubi Koreyanın tələbi ilə 13 ədəd hərbi radar, 25 ədəd T-700-GE helikopter motoru, 1000 sualtı gəmi aşkar etmək məqsədli səs sistemi, çox sayda rabitə vasitələri, axtarış sistemləri də göndərilib.

Qeyd edək ki, ABŞ Cənubi Koreyanı Şərqdə ən əhəmiyyətli müttəfiqi kimi təqdim edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm