Bolton Rusiyanı oğurluqda ittiham etdi
Bizi izləyin

ABŞ

Bolton Rusiyanı oğurluqda ittiham etdi

Rusiya yeni hipersonik silahını ABŞ-dan oğurladığı texnologiyalar əsasında hazırlayır.

Axar.az xəbər verir ki, bunu “Amerikanın Səsi”nə müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

Jurnalistin bir müddət öncə Rusiyanın Arxangelsk vilayətində izotopik güc qaynaqlı maye reaktiv sürət sisteminin sınağı zamanı baş verən partlayışı şərh etməklə bağlı xahişinə Bolton deyəcəklərindən daha çox şey bildiyini söyləməklə cavab verib. O bu insidentin Rusiyanın nüvə silahı daşınması vasitəsi hazırladığını göstərdiyini bildirib:

“Bu onu göstərir ki, iqtisadi baxımdan Niderlandla müqayisə ediləcək Rusiya hələ də müdafiə üçün kifayət qədər çox məbləğ xərcləyir. Bu məbləğ təkcə öz nüvə arsenalını modernləşdirməyə yox, həm də ABŞ-dan oğurladıqları texnologiyalar əsasında yeni növ daşınma vasitələri, hipersionik raketlərin yaradılması üçün xərclənir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm