Trampdan Kəşmir ÇAĞIRIŞI
Bizi izləyin

ABŞ

Trampdan Kəşmir ÇAĞIRIŞI

ABŞ Prezidenti Donald Tramp Cəmmu və Kəşmir məsələsinin həlli məqsədilə Hindistan və Pakistan arasında dialoqun əldə edilməsi çağırışı ilə çıxış edib.

Publika.az xəbər verir ki, Ağ evdən verilən açıqlamaya görə, Tramp və Pakistanın baş naziri İmran Xan arasında baş tutan telefon söhbətində bölgədəki mövcud vəziyyət müzakirə olunub.

Tramp İmran Xana sözügedən problemin iki ölkə arasında danışıqlar yolu ilə həll edilməsinin vacibliyini bildirib

Qeyd edək ki, İslamabad və Nyu-Dehli arasında gərginliyin davam etməsi Hindistanın Cəmmu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv edərək bu regionda iki müttəfiq ərazi yaratmaq qərarı ilə bağlıdır. Bu məqsədlə Hindistan parlamenti öz Konstitusiyasında 370-ci maddənin ləğvini təsdiqləyib. Həmin maddə ştata xüsusi status verirdi.

Avqustun 7-də Pakistan hökuməti Hindistan səfirini ölkədən çıxarmaq qərarına gəlib. İslamabad, həmçinin Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq və bu ölkə ilə ikitərəfli ticarət əlaqələrini dayandırmaq niyyətində olduğunu bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm