Bu raket Rusiya və Çinə qarşı yönəldiləcək - Korotçenko
Bizi izləyin

ABŞ

Bu raket Rusiya və Çinə qarşı yönəldiləcək - Korotçenko

ABŞ artıq bir neçə ildir ki, yeni qızğın silahlanmaya başlayaraq Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə qadağan edilən raketlərin hazırlanması ilə məşğul olur.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya hərbi eksperti, Dünyada silah alverinin analizi Mərkəzinin direktoru İqor Korotçenko bildirib.

Qeyd edək ki, ABŞ bazar günü Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilə ilə daha əvvəl qadağan edilmiş yerüstü qeyri-nüvə qanadlı raketi sınaqdan keçirib. Pentaqonun açıqlamasına görə, raket 500 kilometrdən çox uçaraq hədəfi müvəffəqiyyətlə vurub.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmi nümayəndəsi polkovnik-leytenant Robert Karverin sözlərinə görə, sınaqdan keçirilmiş qanadlı raket “Tomaqavk” raketinin variantı idi.

İqor Korotçenko hesab edir ki, sınağı keçirilən raket ilk növbədə Rusiya və Çinə qarşı yönəldiləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm