ABŞ
Bu, ABŞ-ı dünya hegemonluğundan məhrum edəcək - SENSASİON İDDİA
Ölkələr dollardan imtina etməyə başlayarsa, ABŞ dünya hegemonluğunun əhəmiyyətli hissəsini itirə bilər.
Publika.az xəbər verir ki, bu haqda “Russian Today” (RT) telekanalı ilə söhbətində Beynəlxalq Humanitar-siyasi Tədqiqatlar İnstitutunun eksperti Vladimir Bruter bildirib.
“Vaşinqton üçün dünya valyutası kimi dollardan istifadə etmək imkanı əsas xarici iqtisadi və xarici siyasət lingidir. Amerikalılar bu lingi itirərək dünya hegemonluğunun əhəmiyyətli hissəsini və dünya proseslərinə təsir etmək imkanını itirəcəklər. Onlar indi Çin, Rusiya və Fransaya təzyiq göstərməyə çalışırlar. Və əgər onlar ticarətdə dolları seçəcəklərsə, Vaşinqtona qulaq asmayacaqlar”, - Bruter deyib.
Ancaq, ekspert vurğulayıb ki, dollar bu gün dünya ticarətinin əhəmiyyətli hissəsidir və hesablamalarda bu valyutadan imtina ticarətin yoxluğunu bildirərdi. O əlavə edib ki, kriptovalyutadan istifadə üçün dünya ölkələrinin ümumi mövqeyi lazımdır.
Ekspert bununla da, dolların əvəzinə ehtiyat valyuta olaraq “qlobal rəqəmsal alternativ” təklif edən İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Karninin sözlərini şərh edib. Karni Amerika valyutasının dünya iqtisadiyyatına zəiflədici təsir göstərdiyini söyləyib.
-
Qarabağ 10:45
Şəxsi maşınla Laçına da getmək mümkün olacaq - RƏSMİ
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!