Moskva daha bir amerikalı senatora rədd cavabı verdi
Bizi izləyin

ABŞ

Moskva daha bir amerikalı senatora rədd cavabı verdi

Rusiya ABŞ Senatının Demokratlar Partiyasından olan üzvü Kiris Merfiyə viza verməkdən imtina edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Konnektikut ştatından olan senatorun saytında yerləşdirilən bəyanatda deyilir.

“Təəssüf ki, Rusiya hökuməti bizim səfərimizi bloklayaraq öz ölkəsini təcrid etməyə davam edir”, - senator qeyd edib.

Merfi bildirib ki, tez-tez Kremlin sərt tənqidi ilə çıxış etsə də, ağır münasibətlər dövründə ölkələr arasında dialoqun saxlanılmasını əhəmiyyətli hesab edir.

Xatırladaq ki, daha əvvəl respublikaçı senator Ron Conson Rusiyanın ona viza verməkdən imtina etdiyini bildirib. Onun sözlərinə görə, Konqresin nümayəndə heyətinin tərkibində Rusiyaya baş çəkmək fikrində idi.

Rusiyanın Vaşinqtondakı səfirliyindən isə Consonun viza üçün müraciət etmədiyini bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm