• USD 1,7000 0,00% EUR 1,8352 -0,03%
    • GBP 2,1921 -0,14% RUB 0,0265 -0,75%

Tramp Ağ Ev "qırğısı"nın qanadlarını yolur - ABŞ bu xəbərlə SİLKƏLƏNİR

  • ABŞ
  • 2 Sentyabr 2019 12:35
  • 592 Baxış
Tramp Ağ Ev "qırğısı"nın qanadlarını yolur - ABŞ bu xəbərlə SİLKƏLƏNİR

Venesuela və İran başda olmaqla müdaxiləçi davranışı ilə ön plana çıxan Ağ Ev “qırğısı” Con Boltonla bağlı bəzi iddialar ortaya atılıb.

Publika.az xəbər verir ki, ABŞ prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə məsləhətçisi Əfqanıstan problemi ilə bağlı müzakirələrdən kənarlaşdırılıb.

ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad ötən gün tvitter hesabından verdiyi açıqlamada Qətərdə günlərlə davam edən ABŞ-Taliban 9-cu sülh görüşməsinin tamamlandığını yazıb.

Xəlilzad “Taliban ilə Qətərdə davam edən sülh görüşlərini tamamladıq, razılaşmaya yaxınıq” ifadələrini qeyd edib. Eyni gün “Vaşinqton Post”da Milli Təhlükəsizlik üzrə müxbir Con Hadson və Ağ Ev müxbiri Coş Dausi imzası ilə bir məqalə yayımlanıb. Məqəladə Con Boltonun Əfqanıstan müzakirələrində masadan kənar saxlandığı bildirilib. Səbəb isə Boltonun ABŞ-ın dünyada ən uzunmüddətli müharibəsi olan Əfqanıstan müharibəsini sona çatdırmağa mane olması göstərilir.

Səlahiyyətli şəxslər Boltonun Əfqanıstandakı diplomatik cəhdlərə qarşı müxalifətin Donald Trampı narahat etdiyini deyir. Bolton Trampın ən hücumçu instinktləri ilə hərəkət etməsini təmin edib. Administrasiyaya qarşı üstünlük qazanan Bolton hazırda gücünün zirvəsindədir. Lakin çətin idarəetmə tərzi və məşhurluğu bəzi həmkarları ilə münasibətlərini pozub.

Tələbi rədd edildi

Con Bolton qısa müddət əvvəl ABŞ-ın Talibanla imzalamağa hazırlaşdığı razılaşmanın qaralamasını görmək istəyib. Lakin müzakirələrə rəhbərlik edən Zalmay Xəlilzad tələbi rədd edib. Bu cavab Boltonu dəliyə döndərib.

Bolton ilə yollar ayrılır?

Trampın Amerikanın “bitməyən müharibələrini” başa çatdırmaq sözünü yerinə yetirməyi hədəflədiyi günlərdə Əfqanıstan məsələsində qərar verməsi gözlənilir.

Brukinqs İnstitutunun beynəlxalq təhlükəsizlik mütəxəssisi Tom Rayta görə, Con Bolton uzun müddətdir ki, prezidentin vəkili olduğunu və işinin Trampın baxış bucağını yerinə yetirmək olduğunu söyləyir. Lakin uzun müddətdir birgə çalışan bu ikilinin ayrılması ehtimalı yüksəkdir.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR