Tramp İranın şərtlərini rədd etdi: Rejim dəyişikliyi...
Bizi izləyin

ABŞ

Tramp İranın şərtlərini rədd etdi: Rejim dəyişikliyi...

ABŞ prezidenti Donald Tramp danışıqların yenilənməsi üçün İranın şərtlərini rədd edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Tramp sanksiyaların ləğv olunmayacağını bildirib.

“Onlar danışıqları istəyirlər. Onlar saziş bağlamaq istəyirlər”, - Tramp jurnalistlərə söyləyib.

O əlavə edib ki, İranda böyük potensial var. Ağ Evin başçısı yenidən təkrarlayıb ki, ABŞ İranda rejimin dəyişməsinə cəhd etmir.

Daha əvvəl İran prezidenti Həsən Ruhani bildirib ki, əgər ABŞ bütün sanksiyaları ləğv edərsə, əvvəlki kimi “5+1” qrupu çərçivəsində dialoqa başlaya bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm