Çin və ABŞ danışıqları davam etdirmək barədə razılığa gəldi
Bizi izləyin

ABŞ

Çin və ABŞ danışıqları davam etdirmək barədə razılığa gəldi

Çin və ABŞ ticarət danışıqlarının davam etdirmək barədə razılığa gəliblər.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, Çinin Mərkəzi Televiziyasının yaydığı məlumata görə, bu barədə razılıq Çin Dövlət Şurası sədrinin (Baş nazirin) müavini Liu Xının Birləşmiş Ştatların ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin ilə baş tutan telefon danışığı zamanı əldə olunub.

Danışıqların növbəti mərhələsi oktyabrın əvvəlində Vaşinqtonda keçiriləcək. Danışıqların son turu iyulun 31-də Şanxayda keçirilmişdi. Daha əvvəl danışıqların sentyabr ayında keçirilə biləcəyi deyilirdi.

Qeyd edək ki, ilin əvvəlindən keçirilən ticarət danışıqları hələ bir nəticə verməyib. Tərəflərin idxal rüsumlarını qarşılıqlı artırması iqtisadi əlaqələrdə gərginliyə səbəbə olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm