ABŞ Ermənistandan tələb etdi: Qoşunları çıxart!
Bizi izləyin

ABŞ

ABŞ Ermənistandan tələb etdi: Qoşunları çıxart!

ABŞ hökuməti bu yaxınlarda Ermənistandan Suriyadakı hərbi kontingentini çıxarmağı tələb edib.

İstiPress-in məlumatına görə, bu, Ermənistanın hakimiyyət dairələrində ciddi müzakirələrə səbəb olub.

İrəvanda dərc olunan "168 jam" qəzetinin yazdığına görə, ABŞ öz ismarışını 12-13 avqustda, yəni Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Ermənistana səfərindən dərhal sonra verib. Deyilənə görə, Patruşev Suriyadakı Ermənistan hərbçilərinin sayını artırmağı tələb edib. ABŞ isə Ermənistanın BMT-dəki səfiri Mher Marqaryanın vasitəsi ilə bildirib ki, Suriyada Ermənistan hərbçilərinin olması ABŞ-Ermənistan münasibətlərini pozur.

Məqalədə bildirilir ki, Mher Marqaryan məsələni xarici işlər naziri Zöhrab Mnatsakanyan və müdafiə naziri David Tonoyan ilə müzakirə edib. Mnatsakanyan görüşdə ABŞ-a necə cavab verəcəyi üzərində baş sındırıb. David Tonoyan isə Suriyadan Ermənistan əskərlərini çıxarmağın tam əleyhinə çıxış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm