İsraildən ABŞ-a skandal TÜRKİYƏ TƏLƏBİ: 9 sentyabrda...
Bizi izləyin

ABŞ

İsraildən ABŞ-a skandal TÜRKİYƏ TƏLƏBİ: 9 sentyabrda...

İsrail mətbuatı ağlasığmaz bir xəbərə imza atıb.

Publika.az xəbər verir ki, “The Jerusalem Post” qəzetində dərc olunan xəbərdə ABŞ-a Türkiyəyə sanksiya tətbiq etməsinə dair çağırış olunub.

Belə ki, 9 sentyabrda yay tətilindən qayıdacaq ABŞ Konqresinə Türkiyəyə təcili CAATSA sanksiyalarını tətbiq etmək tələbi göndərilib. Konqresin iş dövründəki ilk məsələsinin sanksiya olmasının vacibliyini vurğulayan qəzet bildirib ki, ABŞ S-400 zenit raket komplekslərinin alınması məsələsində Türkiyəyə yumşaq davranıb.

Qeyd edək ki, Türkiyə Rusiya ilə hərbi-sənaye sahəsində sıx əməkdaşlıq etdiyi üçün ABŞ CAATSA proqramı çərçivəsində Ankaraya ən az 5 sanksiya tətbiq etməli idi. Lakin bu məsələ hələ ki, təxirə salınıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm