ABŞ-dan SON DƏQİQƏ Türkiyə açıqlaması: PKK-nın...
Bizi izləyin

ABŞ

ABŞ-dan SON DƏQİQƏ Türkiyə açıqlaması: PKK-nın...

Türkiyənin Diyarbəkir vilayətinin Kulp mahalı ilə Muş vilayəti arasında PKK terrorçuları tərəfindən yola yerləşdirilən partlayıcı mülki işçiləri daşıyan avtomobilin keçidi zamanı partlaması ilə gerçəkləşdirilən terror hücumuna dair ABŞ-dan açıqlama gəlib.

Publika.az xəbər verir ki, açıqlamada terror hücumu qınanılıb.

“Hadisə zamanı ölənlərin ailələrinə başsağlığımızı çatdırır, yaralılara şəfa diləyirik. Bu mənfur hücumların sona çatması çağırışını edirik”, – açıqlamada bildirilib.

Qeyd edək ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 10 nəfər yaralanıb. Hücumla bağlı istintaq işi açılıb HDP mahal rəhbəri və Kulp bələdiyyəsinin müdiri saxlanılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm