"Mənim favorit diktatorum" - Trampdan o dövlət başçısı ilə bağlı ŞOK SÖZLƏR
Bizi izləyin

ABŞ

"Mənim favorit diktatorum" - Trampdan o dövlət başçısı ilə bağlı ŞOK SÖZLƏR

ABŞ prezidenti Donald Tramp Misir lideri Əbdülfəattah Sisini diktator adlandırıb.

Publika.azWall Street Journal”a istinadən xəbər verir ki, Tramp Fransada baş tutan G-7 zirvəsində liderlərlə təkbətək görüşlər keçirib.

Bu zaman Sisini görmək istəyən prezident “hanı mənim favorit diktatorum” ifadələrini işlədib. Bunu misirli nümayəndələr eşidib, lakin heç kim reaksiya verməyib. Misirli liderin bu sözləri eşidib-eşitməməsi haqqında isə bilgi yoxdur.

Qeyd edək ki, 45-ci G-7 zirvəsi Fransanın Biarritz şəhərində, ötən ay keçirilib. Zirvə çərçivəsində ABŞ, Fransa, Almaniya, İngiltərə, İtaliya, Yaponiya və Kanada liderləri görüşüb.

Ağ Ev və Misirdən məsələ ilə bağlı açıqlama verilməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm