Sensasion FAKTLAR ÜZƏ ÇIXDI: MKİ SSRİ-ni izləmək üçün görün heyvanlara nələr edib
Bizi izləyin

ABŞ

Sensasion FAKTLAR ÜZƏ ÇIXDI: MKİ SSRİ-ni izləmək üçün görün heyvanlara nələr edib

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Soyuq Müharibə dövründə heyvanlardan gizli əməliyyatlarda istifadə edib.

Publika.az xəbər verir ki, MKİ quşlar, delfinlər, pişiklər və itləri bu əməliyyatlarda gizli şəkildə istifadə etmək üçün əhliləşdirib.

Faktı MKİ-nin gizliliyini ləğv etdiyi sənədlərdə BBC aşkar edib. Məlum olub ki, təşkilat Soyuq Müharibədə SSRİ-nin daxilindəki həssas bölgələrin fotolarını əldə edə bilmək üçün göyərçinlərdən istifadə edib. Avropada bir pəncərənin kənarına qarğa vasitəsilə dinləmə cihazı qoyulub. SSRİ-nin kimyəvi silahlardan istifadə edib-etmədiyini müəyyənləşdirmək üçün köçəri quşlar plana daxil edilib. “Acoustic Kitty” əməliyyatında isə pişiyin bədəninə səsdinləmə cihazı yerləşdirilib.

1960-cı illərdə sualtı əməliyyatları müşahidə etmək üçün təşkilatın köməyinə delfinlər gəlib. Delfinllər SSRİ-nin nüvəli sualtı gəmilərinin səslərini hiss etmək, bioloji və radioaktiv silah qalıntılarını müəyyənləşdirmək baxımından əvəzsiz olub. İtləri uzaqdan idarə edə bilmək üçün beyinlərinə elektriklə siqnal göndərilib.

Qeyd edək ki, Soyuq Müharibə 1945-1990-cı illər arasında olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm