Tramp İran rəhbərliyi ilə görüşəcək, amma... - SƏRT AÇIQLAMA
Bizi izləyin

ABŞ

Tramp İran rəhbərliyi ilə görüşəcək, amma... - SƏRT AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp iranlı həmkarı Həsən Ruhani ilə görüşməyə hazır deyil.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp tvitterində yazıb.

“Saxta xəbərlər İranla görüşməyə hazır olduğumu söyləyir: heç bir şərt olmadan. Bu səhv ifadədir (hər zamankı kimi!)" – Tramp qeyd edib.

Qeyd edək ki, Donald Tramp ötən həftə sentyabrın sonunda BMT Baş Assambleyasında siyasi debatlar çərçivəsində İran prezidenti Həsən Ruhani ilə görüşmə ehtimalına işarə vermişdi.

ABŞ Maliyyə naziri Munç ötən çərşənbə axşamı Trampın İran rəhbərliyi ilə ilkin şərtlər olmadan görüşməyə hazır olduğunu, lakin Tehrana maksimum təzyiq göstərmə mövqeyinin hələ də möhkəm olduğunu bildirmişdi.

“Blumberq” xəbər agentliyi keçən çərşənbə günü adını açıqlamadığı mənbələrə istinadən Trampın sentyabrın 9-da Ruhani ilə görüş təyin etmək üçün İrana qarşı sanksiyaların yüngülləşdirilməsi ehtimalını müzakirə etdiyini, keçmiş Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun isə buna sərt şəkildə qarşı çıxdığını bəyan etmişdi.

Xatırladaq ki, iki ölkə arasında gərginlik ötən il ABŞ-ın Birgə Hərtərəfli Fəaliyyət planından çıxmasından sonra başlamış, Vaşinqtonun İran İnqilab Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına salmasından sonra isə pik həddə çatmışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm