ABŞ İrana hərbi hücum edəcək - Tramp "hə" dedi
Bizi izləyin

ABŞ

ABŞ İrana hərbi hücum edəcək - Tramp "hə" dedi

“ABŞ müharibəyə tarixdə heç bir ölkənin olmadığı qədər hazırdır”.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının “Aramco” neft emalı şirkətinin hücuma məruz qalması haqqında danışarkən deyib.

Ağ Evin Dəyirmi ofisində jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, hücumların arxasında İranın olduğuna inanır, lakin yekun nəticə əldə etmək üçün araşdırmalar davam edir: “İran ilə müharibə istəmirəm, lakin ABŞ qırıcı təyyarələr, raketlər kimi ən yaxşı silah sistemlərinə malikdir. ABŞ dünyada heç bir ölkənin olmadığı qədər müharibəyə hazırdır”.

İran ilə diplomatiya yolunun bağlanıb-bağlanmadığı sualını isə belə cavablandırıb: “Xeyr, diplomatiya heç vaxt tükənmir. Nə olacağını heç vaxt bilə bilməzsiniz. Bir razılaşma əldə etmək istədiklərini bilirəm”.

İrana ABŞ tərəfindən hərbi hücum edilməsinin mütənasib olub-olmayacağına dair suala isə “Mütənasib olacağını düşünürəm. Bu suala cavabım bəlidir”.

ABŞ lideri həmçinin, İran prezidenti Həsən Ruhani ilə planlaşdırılmış toplantı olmadığını qeyd edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm