Con Boltonun istefasının arxasındakı sirli məqam - Politoloq hər şeyi açdı
Bizi izləyin

ABŞ

Con Boltonun istefasının arxasındakı sirli məqam - Politoloq hər şeyi açdı

“ABŞ prezidenti Donald Trampın sabiq milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun varisi müəyyənləşib”.

Publika.az xəbər verir ki, Tramp özünə müşavir kimi Robert Obraynı təyin etmək niyyətindədir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Con Boltonun vəzifəsi ilə nə üçün xudahafizləşdiyi bəllidir: “Məlumdur ki, Robert Obrayn prezidentin girovlar üzrə xüsusi nümayəndəsidir. Bolton müstəqilliyə can atır, fərqli fikirlər söyləyirdi. Tramp belələrini xoşlamır və istəyir ki, onun tapşırıqlarını qeyd-şərtsiz yerinə yetirsinlər. Amerikanın əvvəlki prezidenti Barak Obama komandası ilə məsləhətləşir və birgə qərarlara üstünlük verirdi. Yəni, komanda oyunçusu idi. Tramp isə belə deyil. Əgər Robert Obrayn yeni vəzifəsində Boltondan daha uzun müddət çalışmaq istəyirsə, nəzəriyyəçi yox, içracı olmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm