• USD 1,7000 0,00% EUR 1,8829 +0,41%
    • GBP 2,1791 +0,49% RUB 0,0265 +0,38%

Tramp Netanyahunun zənglərini rədd edir - İDDİA

  • ABŞ
  • 19 Sentyabr 2019 21:38
  • 533 Baxış
Tramp Netanyahunun zənglərini rədd edir - İDDİA

ABŞ Prezidenti Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahunun zənglərinə cavab vermir.

Axar.az xəbər verir ki, Ağ Evdən olan adı açıqlanmayan mənbələr dövlət başçısı Donald Trampın İsraildə yenidən seçkilərin keçirilməsinin labüd olduğunu bildirərək, Netanyahu ilə telefon danışığı aparmaqdan imtina etdiyini vurğulayır.

“Bizim münasibətlərimiz İsraillədir. Nə baş verdiyinə baxacağıq”, - deyə Tramp bildirib.

Amerika mediası isə iddia edir ki, Tramp bu addımı ilə əcnəbi dostunu (Netanyahu) cəsarətləndirməkdən və tərif etməkdən imtina edir.

Qeyd edək ki, 17 sentyabrda İsrail Knessetinə keçirilən seçkilərdə heç bir partiya həlledici qələbə qazana bilməyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR