İranla müharibə üçün 120 min ABŞ əsgəri, B-52 bombardmançıları və... - QORXUNC SSENARİ REALLAŞIR
Bizi izləyin

ABŞ

İranla müharibə üçün 120 min ABŞ əsgəri, B-52 bombardmançıları və... - QORXUNC SSENARİ REALLAŞIR

ABŞ İrandan gələ biləcək hücum bəhanəsilə Yaxın Şərqdə Körfəz bölgəsini, sanki hərbi qarnizona çevirib.

Publika.az xəbər verir ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) xidmət edtiyi bölgədə Əfqanıstan xaric, 40 minə yaxın ABŞ əsgəri var. Küveyt, Qətər, Bəhreyn və BƏƏ-dəki amerikalı əsgərlər bu ölkələrdəki hərbi bazalardan istifadə edərək əməliyyatlar təşkil edir. Əgər İran ABŞ-ın buradakı qüvvələrinə hücum edərsə, bölgədəki əsgər sayı 120 minə çıxarılacaq.

Sözügedən bölgədə dünya miqyasında neft ehtiyatlarının 50, təbii qaz ehtiyatlarının 40%-i mövcuddur.

CENTCOM-UN QƏRARGAHI

Pentaqonun enerji ehtiyatları ilə zəngin olan Küveyt və Qətərə hərəsinə 10 mindən çox əsgər yerləşdirməsi diqqət çəkir. Küveytə 1990-cı il Körfəz Müharibəsində yerləşən ABŞ burada 13 min əsgər yerləşdirib. Küveyt Almaniya, Yaponiya və Cənubi Koreyadan sonra ən çox ABŞ əsgərinə ev sahibliyi edən ölkədir.

ƏN GÜCLÜ HAVA HÜCUMU

Küveytdən sonra ən çox ABŞ əsgərinə ev sahibliyi edən ölkə Qətərdir. Təbii qazla zəngin olan bu ölkədə 13 min ABŞ əsgəri var. ABŞ-ın güclü hava qüvvələri burada yerləşdirilib. İraq və Suriyada İŞİD-ə qarşı aviazərbələr Qətərdən gerçəkləşdirilir. Buraya son olaraq 2 ədəd B-52 bombardman təyyarəsi göndərilib.

5-Cİ DONANMANIN LİMANI

Körfəz bölgəsinin üçüncü ölkəsi Bəhreyn ABŞ donanmasının Bəsrə körfəzi və Hind okeanındakı 5-ci donanmasına ev sahibliyi edir. Bəhreyndə hamısı dənizçi olmaqla, 7 min ABŞ əsgəri var.

ABŞ-ın sabiq Müdafiə naziri Ceyms Mettisin idarəçilərinə görə “Kiçik Sparta” adlandırdığı Birləşmiş Ərəb Əmirlikləri də son dövrlərdə ABŞ qüvvələrinə ev sahibliyi edir. Dünya enerji tədarükünün 20%-nin keçdiyi Hörmüz boğazında nəzarət edən ölkədə 5 min ABŞ əsgəri var.

SƏUDİYYƏ ƏRƏBİSTANINA QAYIDIŞ

Pentaqon 11 sentyabr 2001 terror hücumlarından sonra Səudiyyə Ərəbistanından çıxmışdı. Hazırda isə bu ölkəyə geri qayıtmaq haqqında planlar qurulur. ABŞ Müdafiə naziri Mark Esper ötən gün Ər-Riyad hökumətinin tələbi ilə ABŞ ordusunun Səudiyyə Ərəbistanının kritik infrastrukturlarını qorumaq üçün gedəcəyini açıqlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm