Pompeonun ABŞ-dan gizlətdiyi sirri ortaya çıxdı - ŞOK FAKTLAR
Bizi izləyin

ABŞ

Pompeonun ABŞ-dan gizlətdiyi sirri ortaya çıxdı - ŞOK FAKTLAR

ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında iyul ayında baş tutan telefon danışığına ABŞ dövlət Departamentinin rəhbəri Mayk Pompeo da qatılıb.

Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.

Dövlət Departamentindən adını açıqlamayan mənbəyə istinadən verilən xəbərə görə, Pompeo bu həqiqəti bilərək ictimaiyyətdən gizləyib. Çünki Konqresin ona qarşı istintaq açmasından qorxub.

Qeyd edək ki, “Wall Street Journal” 20 sentyabrda Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə iyulda həyata keçirdiyi telefon danışığında bu ölkədən Demokratlar Partiyasının prezidentliyə namizədi Co Baydenin oğlunu araşdırmalarını istədiyini iddia etmişdi. Tramp bu iddiadan sonra Zelenski ilə görüşünün tamamilə qaydalara uyğun keçdiyini demişdi.

ABŞ mediasındakı xəbərlərdə Trampın Ukrayna liderinə ancaq Bayden və ailəsini araşdırması təqdirində maddi yardım edəcəyini söylədiyi yazılmış, Demokratlar bundan sonra Trampın impiçment edilməsi üçün hərəkətə keçmişdi.

Demokratların nəzarətindəki Nümayəndələr Palatası görüşlə bağlı lazımi sənədləri Konqresə təqdim etməsi üçün Pompeonu 9 sentyabrda ifadəyə çağırıb, lakin Pompeo bu tələbi cavabsız qoyub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm