• USD 1,7000 0,00% EUR 2,0025 -0,39%
    • GBP 2,2171 +0,05% RUB 0,0220 -0,91%

Trampdan Türkiyəyə SAVAŞ ÇIXARDACAQ SÖZLƏR: Məhv edərəm!

  • ABŞ
  • 7 Oktyabr 2019 21:19
  • 2 918 Baxış
Trampdan Türkiyəyə SAVAŞ ÇIXARDACAQ SÖZLƏR: Məhv edərəm!

ABŞ prezidenti Donald Tramp Türkiyəni növbəti dəfə təhdid edib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Tramp "sərhədləri keçəcəyi” halda Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

“Daha əvvəl güclü bir şəkildə ifadə etdim, indi bir daha təkrarlamaq üçün söyləyirəm: Türkiyə mənim dərin və bənzərsiz anlayışıma görə, sərhədlərin xaricində olduğunu düşündüyüm bir şey edərsə, Türkiyənin iqtisadiyyatını məhv edərəm və yox edərəm”, - Tramp tvitterdə yazıb.

ABŞ-ın İŞİD “xilafət”ini 100 faiz yox edərək onlardan gözləniləndən daha çoxunu etdiyini bildirən prezident Türkiyənin Avropa və digər ölkələr tərəfindən tutulan İŞİD döyüşçüləri və ailələrinə göz-qulaq olmalı olduğunu qeyd edib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR