Senatordan Trampa: Suriya ilə bağlı qərarınızı dəyişin
Bizi izləyin

ABŞ

Senatordan Trampa: Suriya ilə bağlı qərarınızı dəyişin

Prezident Donald Trampın Suriya barədə qərarı bütün narahatçılığımı reallığı ilə ortaya çıxarır.

Axar.az xəbər verir ki, bu sözləri respublikaçı senator Lindsi Qrehem Tvitter hesabında bildirib.

"İŞİD-in yenidən formalaşması başladı. Və yalnız Avropanın təhdid altında olduğunu düşünürsünüzsə, yanılırsınız. Gələcəkdə radikal islam ilə mübarizə aparmaq üçün müttəfiq tapmağımız az qala tamamilə ortadan qalxdı. Cənab Prezident, hələ də imkanınız var kursunuzu dəyişdirin", - Qrehem deyib.

Qeyd edək ki, L.Qrehem Türkiyənin "Sülh çeşməsi" əməliyyatına qarşı olan və PKK/YPG-ni qatı şəkildə müdafiə edən senator kimi tanınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm