ABŞ-dan ŞOK AÇIQLAMA: "Türklərə müharibə elan etsək..."
Bizi izləyin

ABŞ

ABŞ-dan ŞOK AÇIQLAMA: "Türklərə müharibə elan etsək..."

“Türkiyəyə qarşı Yaxın Şərqdə müharibə elan edə bilmərik”.

Publika.az xəbər verir ki, bunu ABŞ Milli Müdafiə Nazirliyinin rəhbəri Mark Esper deyib.

Nazir Türkiyənin Suriyanın şimalında başlatdığı “Sülh Çeşməsi” hərəkatına dair ABŞ-ın iki telekanalına müsahibə verib.

“Bizimlə Koreyadan Əfqanıstana qədər birlikdə savaşan, uzunmüddətli NATO ortağımız olan Türkiyəyə qarşı müharibə elan edə bilmərik. Bizim üçün belə bir durum müzakirə mövzusu belə deyil”,- Esper müsahibələrinin birində qeyd edib.

15 min nəfərlik Türkiyə ordusunun qarşısına keçə bilməyəcəklərini bildirən Pentaqon rəhbəri vurğulayıb ki, Türkiyəni dialoqlarla razılığa gətirməyə çalışırlar.

“Son 24 saat ərzində ruslarla suriyalıların razılığa gəldiyini gördük. Bu da ABŞ əsgələrini şimala hərəkət edən Suriya-Rusiya ordusu ilə cənuba hərəkət edən türk ordusu arasında qoyur. Bu, bizi çətin vəziyyətə salır. Əsgərlərimizin təhlükəsizliyi bizim üçün prioritetdir”-, nazir bildirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm