ABŞ-dan Ərdoğan və Türkiyəyə qarşı ŞOK QƏRAR - Konqres qəbul etdi
Bizi izləyin

ABŞ

ABŞ-dan Ərdoğan və Türkiyəyə qarşı ŞOK QƏRAR - Konqres qəbul etdi

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici siyasət komissiyası Suriyanın şimalında başladılan "Sülh çeşməsi" (Barış Pınarı) əməliyyatı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və türk səlahiyyətliləri, həmçinin müdafiə sənayesi ilə bağlı banklara qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini qəbul edib.

Publika.az xəbər verir ki, sanksiyalar "Sülh çeşməsi" əməliyyatının dayandırılmasına nail olmaq məqsədi daşıyır.

Qanun layihəsində həmçinin, Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemlərini alması ilə əlaqədar sanksiyanın tətbiq olunması yer alıb. Qanun layihəsi qüvvəyə minərsə, yəni, Nümayəndələr Palatası və Senat tərəfindən qəbul olunduqdan sonra prezident tərəfindən imzalanarsa, Suriyada əməliyyat keçirən Türkiyə Silahlı Qüvvələrinə Amerika silahlarının satışı əngəllənəcək.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu oktyabrın 9-dan Suriyanın şimalında PKK/YPG/PYD terror təşkilatına qarşı əməliyyat keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm