Tramp və Ərdoğan Suriyanı müzakirə etdi
Bizi izləyin

ABŞ

Tramp və Ərdoğan Suriyanı müzakirə etdi

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti edib.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti tvitter səhifəsində bildirib.

Telefon söhbətində Suriya üzrə ABŞ-Türkiyə razılaşması müzakirə edilib.

Ağ Evin başçısı həmçinin Ərdoğanın dünənki açıqlamasına cavab verib. Türkiyə prezienti amerikalı həmkarına müraciət edərək bəşəriyyətin əsas düşməni – terrorizmə qalib gəlməyə çağırmışdı.

“Terrorizmi məğlub edək!", - Tramp cavabında yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm