ABŞ bu ölkənin neftini terrorçulara verəcək - Trampdan QƏRAR
Bizi izləyin

ABŞ

ABŞ bu ölkənin neftini terrorçulara verəcək - Trampdan QƏRAR

“Neft sahələrinin iranlıların əlinə keçməsinə imkan verməyəcəyik”.

Publika.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qraham deyib.

ABŞ Konqrsinin üzvü “Foks Nyuz”a verdiyi açıqlamada neft sahələrinin kürdlərin faydasına istifadə edilə biləcəyini deyib: “Biz İŞİD-i yox etmək və yox edilmiş halda saxlaya bilmək üçün köməkçi olan Suriya Demokratik Qüvvələri ilə neft sahələrinin yenilənməsin üzrə əməkdaşlığın bir addımlığındayıq. Neftin gəlirlərini onların alacağından əminik. Bu, gələcəkdə bizə göstərdikləri sədaqətin qarşılığının verilməsində yardımçı olacaq”.

ABŞ Müdafiə naziri Mark Esper Suriyanın şimalında 200-ə yaxın əsgər saxlamağı planlaşdırdıqlarını bildirib. Hərbi qüvvənin saxlanılmasında məqsəd Suriyadakı neft quyularına nəzarət və neftin neftin İŞİD və Əsəd rejimi ilə Rusiyanın əlinə keçməsinin qarşısını almaqdır. “Vall Strit Jurnal” isə əsgər sayını 300 yazıb.

ABŞ prezidenti Donald Tramp da ötən gün tvitter paylaşımında həm Suriyanın şimalının sabit olduğunu, həm də neft bölgələrinin təhlükəsizliyinin təmin edildiyini bildirmişdi.

Qeyd edək ki, ABŞ-ın geri çəkilmə təlimatından əvvəl Suriyanın şimalında 1000-ə yaxın əsgəri vardı. Suriyanın cənubundakı Əl Tənf bölgəsində isə hələ də 125 ABŞ əsgəri xidmət edir.

Xatırladaq ki, Suriya Demokratik Qüvvələrinin təməlini YPG terror təşkilatı təşkil edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm