Universitetin məzun gecəsinə silahlı hücum - 2 ÖLÜ, XEYLİ YARALI VAR
Bizi izləyin

ABŞ

Universitetin məzun gecəsinə silahlı hücum - 2 ÖLÜ, XEYLİ YARALI VAR

ABŞ-ın Texas ştatının Kommers şəhərində baş verən silahlı insident zamanı iki nəfər ölüb.

Bu barədə "Fox News" məlumat yayıb. Qeyd olunub ki, insident nəticəsində 10-dan çox şəxs yaralanıb.

Faciə “Texas A&M” Universitetinin(Texas A&M Commerce University) filialının məzunlarının iştirakı ilə keçirilən məzun gecəsində baş verib.

Yerli "WFAA" telekanalının müxbiri Ceyms Uaytli özünün "Twitter" səhifəsində bildirib ki, silahlı insdient nəticəsində yaralanan şəxslər xəstəxanaya aparılıb. Onun sözlərinə görə, tədbirdə yüzlərlə insan iştirak edib ki, onların da çoxu tələbə olub.

Lakin tədbir universitet rəhbərliyi ilə razılaşdırılmayıb və gecə klubunda keçirilib. Müxbir əlavə edib ki, hazırda cinayəti törədən şəxs azadlıqdadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm