SON DƏQİQƏ: İŞİD-in ikinci lideri də öldürüldü - Trampdan AÇIQLAMA
Bizi izləyin

ABŞ

SON DƏQİQƏ: İŞİD-in ikinci lideri də öldürüldü - Trampdan AÇIQLAMA

İŞİD lideri Əbubəkr əl-Bağdadinin yerinə keçdiyi ehtimal olunan şəxs də öldürülüb.

Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

"Twitter" hesabından məlumatı paylaşan prezident bildirib ki, təşkilatın iki nömrəli əsas başçısı da keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.

"Əbubəkr əl-Bağdadinin bir nömrəli əvəzedicisinin Amerika qoşunları tərəfindən zərərsizləşdirildiyi təsdiqləndi. Çox güman ki, birinci yeri tutacaqdı. İndi o da ölüdür!"

Qeyd edək ki, "Newsweek" nəşri İŞİD rəhbərinin, Bağdadinin xələfi Hacı Abdullah əl-Afari ləqəbli terrorçu Abdullah Kardaş olduğunu bildirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm