ABŞ Çinlə ticarət sazişinin imzalanması üçün alternativ yer axtarır
Bizi izləyin

ABŞ

ABŞ Çinlə ticarət sazişinin imzalanması üçün alternativ yer axtarır

Ağ Ev Çinlə ticarət sazişinin ilk hissəsinin imzalanması üçün alternativ yer axtarır.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Tramp tvitter səhifəsində yazıb.

“Bizdən asılı olmayan səbəblərə görə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumunun Çilidə keçirilən sammiti təxirə salındıqdan sonra Çin və ABŞ ticarət sazişinin ilk hissəsinin imzalanması üçün yeni yerin axtarışları üzərində işləyir. Yeni yer yaxın zamanlarda elan ediləcək. Çin lideri Si Cinpin və Prezident Donald Tramp sazişi imzalayacaq”, - deyə ABŞ lideri yazıb.

Qeyd edək ki, son günlər Çilidə kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalar əksər hallarda iğtişaşlarla müşayiət olunur. Ölkədə fövqəladə vəziyyət və komendant saatı rejimi tətbiq olunub. Yaranmış vəziyyətlə əlaqədar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq forumunun Santyaqoda keçirilməsi nəzərdə tutulan sammiti ləğv edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm