Tramp ABŞ-ı dollar uçurumuna sürükləyir: ŞOKA SALAN RƏQƏMLƏR
Bizi izləyin

ABŞ

Tramp ABŞ-ı dollar uçurumuna sürükləyir: ŞOKA SALAN RƏQƏMLƏR

Dünyanın bir nömrəli iqtisadiyyatına sahib ABŞ dövlətinin xarici borcu rekord səviyyəyə doğru gedir.

Publika.az xəbər verir ki, Maliyyə Nazirliyinin verdiyi məlumata görə, 23 trilyon dolları keçən milli borc Donald Trampın hakimiyyəti dövründə 16% artıb.

Bu miqdar 328 milyonluq əhaliyə sahib ölkədə adambaşına 70 min dollara bərabərdir. Vergi mükəlləfiyyəti borcu 186 min 500, 3 aylıq faizi isə 600 milyard dollar.

Borcun 17 trilyon dollarlıq hissəsi vətəndaşlar və maliyyə qurumları, 6 trilyon isə dövlət qurumlarının payına düşür.

2019-cu il etibarilə dövlət büdcəsində 1 trilyon dollar büdcə kəsri var. Bu kəsrin növbəti illərdə artması gözlənilir. Səbəb isə müdafiə sənayesindən qaynaqlanır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm