Tramp erməni soyqırımı qətnaməsindən narahatdır, çünki... - Türkiyə ilə bağlı TƏŞVİŞ
Bizi izləyin

ABŞ

Tramp erməni soyqırımı qətnaməsindən narahatdır, çünki... - Türkiyə ilə bağlı TƏŞVİŞ

ABŞ Prezidenti Donald Tramp və onun rəhbərlik etdiyi hökumət Konqresin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamədən məmnun deyil.

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək vəzifəli rəsmisi deyib.

Onun sözlərinə görə, hökumət bu qətnamənin NATO müttəfiqi olan Türkiyə ilə münasibətlərin daha da kəskinləşməsinə gətirib çıxara biləcəyini düşünür.

Departament rəsmisi bildirib ki, qətnamə uğursuz vaxtda qəbul edilib və daha çox cəzalandırma xarakteri daşıyan qanunun qəbuluna gətirib çıxara bilər.

O əlavə edib ki, ABŞ-ın bu məsələdə mövqeyi dəyişməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm