Trampın üzərinə qılınc çəkdilər, Ərdoğana görə erməniləri... - Dəhşətli sirr ORTAYA ÇIXDI
Bizi izləyin

ABŞ

Trampın üzərinə qılınc çəkdilər, Ərdoğana görə erməniləri... - Dəhşətli sirr ORTAYA ÇIXDI

“Bəziləri Ərdoğanla Tramp arasındakı səmimiyyətin səviyyəsindən narahatdır. Konqres Ərdoğan gəlməsin deyə Türkiyə əleyhinə iki qərar çıxardı. Əvvəldən bəziləri bu səfəri ləğv etdirməyə çalışır”.

Publika.az xəbər verir ki, bu sözləri “Türkiyə qəzeti”nin Ankara müxbiri Batuxan Yaşar prezident Rəcəb Tayyib Ərdoğanın Vaşqintona Tramp tərəfindən dəvət olunmasından danışarkən deyib.

Jurnalist bildirib ki, Ərdoğan-Tramp əlaqələri həm ABŞ-da, həm də Vaşinqtonda narahatlıq doğurur. Çünki bu münasibətlər bölgədə və dünyada əhəmiyyətli nəticələrə gətirib çıxarır: “Trampı yox etməyə çalışırlar. Ərdoğanla yaxın münasibətlərinə isə dözə bilmirlər. Bütün qısqaclara rəğmən, Tramp da geri addım atmır. Ona qurduqları tələlər pozulur. Hazırda ABŞ-dakı oturuşmuş nizam Trampa müharibə elan edib. O, ikinci dəfə prezident seçiləcək deyə qılıncları qınından çıxarıblar”.

Qeyd edək ki, Konqresin Nümayəndələr Palatası 1915-ci ildə Osmanlıda baş verən hadisələri erməni soyqırımı kimi tanıyan qətnamə qəbul edib. "Barış Pınarı" hərəkatına görə isə Türkiyəyə sanksiya tətbiq etmək üçün layihə hazırlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm