ABŞ
Trampdan Ərdoğana qarşı ŞOK HƏRƏKƏT: Vaşinqtona gedəcəyi gün Pentaqon...
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 13 noyabrda ABŞ-a səfərinin dəqiqləşməsi bu ölkədə yeni bir Türkiyə qarşıdurması yaradıb.
Publika.az xəbər verir ki, Konqresin bəzi senatorları Türkiyəyə qarşı sanksiya layihəsinin Ərdoğan Vaşinqtonda ikən mütləq gündəmə gətirilməsini istəyib.
ABŞ prezidenti Donald Trampın Administrasiyası isə təklifə müsbət yanaşmayıb.
Zaman mübahisəsi
Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cim Risş Ərdoğan ölkələrində ikən layihənin gündəmə gətirilməsinin yaxşı fikir olmadığını deyib. Həmin komitənin demokrat üzvü Bob Menendez isə xronologiyaya əsasən, Türkiyəyə sanksiya qərarının gələn həftə etibarilə səsverməyə çıxarılmasının gərəkliliyini vurğulayıb.
Həqarət etdilər
Bəzi senatorlar da mübahisəyə qoşulub. Sosial mediadan “Tramp Ərdoğanın Ağ Evə səfərini təsdiqlədi” xəbərini etiketləyərək şərh verən Konnektikut ştatının senatoru Riçard Blumental “Trampın Ərdoğanla xoş bir yemək üçün təkidi göstərir ki, Suriyada kürd ortaqlarımıza edilən hücumları şokedici şəkildə görməzdən gəlir” deyərək Ərdoğanı təhqir edib.
Sanksiya istədilər
Türkiyəyə qarşı həmlə bununla bitməyib. 5 senator Dövlət Departamentinin rəhbəri Mayk Pompeoya Türkiyənin Suriyadakı təhlükəsiz bölgə xaricində fəaliyyət göstərdiyi iddialarının araşdırılmasını tələb edən məktub ünvanlayıb. Məktubda iqtisadi sanksiyaların tətbiqi tələb olunub.
Pentaqondan qəribə açıqlama
Türkiyəyə bir çox sahədə sanksiya tətbiq edilməsini ehtiva edən layihə ABŞ Nümayəndələr Palatasında qəbul edilmişdi. ABŞ sisteminə görə, bir layihənin qanuniləşməsi üçün Senatda qəbul edilməlidir. Layihə Senat səsverməsində üçdə iki səs alarsa, prezidentin təsdiqi olmadan qüvvəyə minə bilər.
Digər tərəfdən, YPG/PKK-nın muxtar idarəetməsinin iddialarından sonra hərəkətə keçən Pentaqondan ötən gün bir açıqlama gəlib. Belə ki, ABŞ-ın Türkiyəyə satdığı silahlardan müharibədə istifadə edib-etmədiyi araşdırılacaq.
Zümrüd
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”