Ərdoğan ABŞ-a gedir
Bizi izləyin

ABŞ

Ərdoğan ABŞ-a gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-a səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Adiministrasiyası məəlumat yayıb.

Xəbərə görə, Ərdoğan 12-13 noyabr tarixlərində Vaşinqtonda rəsmi səfərdə olacaq. O, Birləşmiş Ştatların dövlət başçısı Donald Trampla görüşəcək. Prezidentlər ən yeni qırıcıların, ABŞ və Rusiyanın "Patriot" və S-400 Hava Hücumundan Müdafiə sistemlərinin alınmasını, həmçinin Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

Görüşdə habelə ABŞ-la Türkiyə arasındakı ikitərəfli əlaqələr müzakirə olunacaq. Ağ Evdə keçiriləcək görüşdə Suriya ilə sərhəd boyu təhlükəsizlik zonasının yaradılması, YPG rəhbərinin təhvil verilməsi, İŞİD-in son durumu, FETÖ ilə mübarizə, F-35 böhranı müzakirə olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm