İrana hücum planı hazırlayan “Amerika qırğısı” geri döndü və... – SİRLƏR AÇILIR
Bizi izləyin

ABŞ

İrana hücum planı hazırlayan “Amerika qırğısı” geri döndü və... – SİRLƏR AÇILIR

ABŞ prezidentinin milli təhlkəsizlik üzrə keçmiş müşaviri Con Bolton istefa verməsindən iki ay sonra üzə çıxıb.

Publika.az
xəbər verir ki, Bolton sonuncu dəfə sentyabrın 10-da Tvitterdə mesaj paylaşmışdı.

“Dünən axşam istefa ərizəmi prezident Trampa təqdim etdim. Prezident isə sabah danışarıq dedi” – Boltonun sonuncu paylaşımı belə idi.

Ardınca o, istefa verdi və bu istefanın arxasında ciddi məsələlərin olduğu haqda fikirlər var idi. İstefadan sonra o, demək olar ki, yoxa çıxmışdı.

İki ay sonra yenidən tvit atan Bolton belə yazıb: “İki aydan sonra Tvitterə geri dönmək gözəldir. Hadisələrin arxa planını bilmək istəyirsinizsə, məni izləyin”.

Növbəti tvitində isə o, şəxsi Tvitter hesabına Ağ Ev tərəfindən müdaxilə edildiyini iddia edib.

“Milli təhlükəsizlik müşaviri vəzifəsindən istefa edəndən sonra haqsız şəkildə müdaxilə edilən Tvitter hesabımı xilas edə bildim. Ağ Ev şəxsi Tvitter hesabıma daxil olmağı yenidən təmin etməyi rədd edirdi. Açıqlayacaqlarımdan qorxduqları üçünmü? Yoxa çıxdığımı deyənlərdən üzr istəyirəm, sizi məyus etdiyim üçün” – Bolton tvitində yazıb.

Qeyd edək ki, “Amerika qırğısı” adlandırılan Con Boltonun Trampla Venesuela və Şimali Koreya məsələsində fikir ayrılığının olduğu deyilirdi. Bununla yanaşı, Bolton İrana hərbi müdaxilənin də qatı tərəfdarı kimi çıxış edirdi. İndi İranın qarışdığı bir dövrdə onun yenidən gün üzünə çıxması və Tramp Administrasiyasına qarşı “sirləri açaram” təhdidini irəli sürməsi diqqət çəıkir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm