SON DƏQİQƏ: ABŞ-ın türklərə görə atdığı addım təəccübləndirdi
Bizi izləyin

ABŞ

SON DƏQİQƏ: ABŞ-ın türklərə görə atdığı addım təəccübləndirdi

ABŞ Konqresinin Nümayəndələr Palatası Çinə sanksiyaları genişləndirib.

Publika.az xəbər verir ki, Sincan Uyğur Muxtar Vilayətində yaşayan uyğur türklərinə qarşı təzyiq siyasəti yürüdən çinli rəsmilərə qarşı sanksiya paketi qəbul edilib.

Kaliforniya senatoru Bred Şerman tərəfindən təqdim olunan paket respublikaçı və demokratların böyük dəstəyini toplayıb.

Nümayəndələr Palatası və Senatda qəbul edilən qanunun əvvəlcə birləşdirilməsi, daha sonra imzalanmaq üçün Ağ Evə göndərilməsi gözlənilir.

Qeyd edək ki, Çin Sincan Uyğur Muxtar Vilayətində “təlim mərkəzi” adı altında düşərgələr qurub və burada türklərin etnik köklərini, mədəniyyətlərini dəyişdirməyə çalışır.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm