Tramp onlara mesaj göndərdi: 4 il əvvəl...
Bizi izləyin

ABŞ

Tramp onlara mesaj göndərdi: 4 il əvvəl...

ABŞ prezidenti Donald Tramp Pensilvaniya ştatında dəstəkçiləri ilə görüşüb.

Publika.az
xəbər verir ki, NATO zirvəsində liderlərin Trampın arxasınca danışdığı videogörüntülər ortaya çıxdıqdan bir həftə sonra Tramp kinayə dolu sözlər işlədib.

ABŞ prezidenti öz çıxışında: "Hər zaman demişəm və yenə təkrar edirəm. Bu ölkə çox böyük hörmətə layiqdir. Dörd il əvvəl hörmət görmürdük. Bizə lağ edirdilər" deyib.

Onun bu sözləri NATO zirvəsində avropalı liderlərin Trampın arxasınca danışdığı videogörüntüləri xatırladıb.

Videogörüntüdə Fransa prezidenti Emmanuel Makron, Britaniya baş naziri Boris Conson və Kanada baş naziri Castin Trüdonun öz aralarında ABŞ prezidenti haqqında zarafatlar etməsi diqqət çəkmişdi.

Məhərrəm Əliyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm