Trampın 7 səhifəlik qeydləri mətbuata sızdı: Türkiyə ilə bağlı ŞOK QƏRARLAR
Bizi izləyin

ABŞ

Trampın 7 səhifəlik qeydləri mətbuata sızdı: Türkiyə ilə bağlı ŞOK QƏRARLAR

ABŞ prezidenti Donald Trampın Türkiyə ilə bağlı 7 səhifəlik qeydləri ortaya çıxıb.

Publika.az xəbər verir ki, Tramp bu qeydləri Rusiya ilə S-400 razılaşması səbəbilə Türkiyəyə sanksiya tətbiq edən qətnamə layihəsini qəbul etmək istəyən senatorlara göndərmək üçün qələmə alıb.

O bildirib ki, layihə Türkiyənin NATO-dan uzaqlaşaraq Rusiya ilə daha da yaxınlaşmasına səbəb olacaq.

Xarici İşlər Nazirliyində “Daily Beast” xəbər saytının əlinə keçən qeydlərdə Türkiyə-ABŞ ticarətinin tamamilə başa çatacağı, Türkiyənin düşmənlərdən silah alacağı kimi ehtimallar yer alıb.

Əlavə olaraq, qeydlərdə Suriyada “ABŞ əsgərlərinin yanında savaşan kürd döyüşçülər” kimi təqdim edilən YPG/PKK və SDQ üzvlərinə xüsusi qaçqın vizası verilməsini ehtiva edən qətnamə layihəsi də tənqid olunub.

Qeyd edək ki, bu viza daha əvvəl İraq və Əfqanıstanda ABŞ əsgərlərinə köməkçi olan tərcüməçilərə verilib.

Xatırladaq ki, ABŞ Senatının Xarici Əlaqələr Şöbəsi Türkiyəyə Rusiyadan silah aldığı üçün sanksiya tətbiq etməyi ehtiva edən qətnaməsi 11 dekabrda təsdiq edilmişdi. Sanksiya tətbiq etməyi ehtiva edən başqa bir qanun layihəsi isə 29 oktyabrda Nümayəndələr Palatasında qəbul olunmuşdu. Senatın ümumi səsverməsində qəbul ediləcəyi təqdirdə Senat ilə Nümayəndələr Palatasındakı sanksiya qanunlarının Donald Tramp getməzdən əvvəl birləşdirilməsi lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm