Ordu döyüş vəziyyətinə gətirildi - ABŞ bütün məsuliyyəti üzərinə götürdü
Bizi izləyin

ABŞ

Ordu döyüş vəziyyətinə gətirildi - ABŞ bütün məsuliyyəti üzərinə götürdü

Pentaqon ötən gün iranlı general Qasım Süleymaninin Bağdadda öldürülməsi ilə nəticələnən əməliyyatın ABŞ Prezidenti Donald Trampın göstərişinə əsasən keçirildiyini bəyan edib.

Publika.az xəbər verir ki, rəsmi Vaşinqton baş vermiş hadisəyə görə bütün məsuliyyəti öz üzərinə götürüb.

Bəyanatda deyilir: “Əl-Qüds” qüvvələrinin başçısı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaniyə qarşı müdafiə xarakterli əməliyyat Birləşmiş Ştatların xaricdəki şəxsi heyətini müdafiə etmək məqsədilə keçirilib. General Qasım Süleymani İraqda və regionun digər ölkələrində Amerika diplomatlarına və hərbi qulluqçularına hücum planları üzərində fəal işləyirdi. O, ABŞ-ın Bağdaddakı səfirliyinə hücumu da dəstəkləyib”.

Qeyd edək ki, iranlı generalın öldürülməsindən sonra ABŞ Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Xatırladaq ki, yanvarın 3-nə keçən gecə saatlarında Bağdad beynəlxalq aeroportu rayonu raket atəşinə tutulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm