Trampdan müharibə açıqlaması
Bizi izləyin

ABŞ

Trampdan müharibə açıqlaması

“İranın mümkün hücumlarına hazırıq və qarşılıq verəcəyik”.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranla gərginlik barədə danışarkən belə deyib. O bildirib ki, ABŞ ordusu hərbi prosesə hazırdır. “Ağ ev” rəhbərinin sözlərinə görə, hazırda Vaşinqtonun İraqdan çıxması İranın lehinə olacaq:

“Amerikalı hərbçiləri İraqdan çıxarmaq fikrim var. Lakin indi bunu etsəm İrana fəaliyyətini genişləndirməsi üçün şərait yaratmış olarıq”.

Qeyd edək ki, qərb mətbuatı İranın ABŞ-ın Yaxın Şərqdə yerləşən bazalarını hədəfə almaq üçün hazırlıq gördüyünü yazıb. Buna görə də, ABŞ ordusu bütün müdafiə sistemlərini döyüş hazırlığı vəziyyətinə gətirib.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm