ŞOK: İranlı generalın öldürülməsini Con Bolton tələb edib
Bizi izləyin

ABŞ

ŞOK: İranlı generalın öldürülməsini Con Bolton tələb edib

“İranlı general Qasım Süleymaninin öldürülməsi barədə qərar 7 ay əvvəl qəbul olunub”.

Publika.az xəbər verir bu barədə NBC televiziyası ABŞ adminstrasiyasındakı 5 etibarlı mənbəyə istinadən məlumat yayıb. İddialara görə, 7 ay əvvəl ABŞ-a məxsus pilotsuz uçuş aparatının vurulmasına dair Trampın sədrliyi ilə keçirilən toplantı zamanı İrana qarşı atıla biləcək sərt addımlar nəzərdən keçirilib. İddia edilir ki, prezidentin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton bu cavabın iranlı generalın öldürülməsi şəklində olmasını tələb edib. Xəbərdə deyilir:

“İyun ayında ABŞ-a məxsus pilotsuz aparatın vurulmasından sonra Con Bolton iranlı general Qasım Süleymaninin öldürülməsini təklif edib. Dövlət katibi Mayk Pompeo da bu təklifi dəstəkləyib. Lakin Tramp bildirib ki, bu yalnız “qırmızı xətt”in pozulacağı təqdirdə həyata keçirilə bilər”.

Xəbərdə qeyd edilir ki, ABŞ vətəndaşının öldürülməsi Tramp üçün “qırmızı xətt” idi. Xatırladaq ki, İraqda İran dəstəkli qüvvələrin hücumundan sonra ABŞ bazasında xidmət edən hərbçi həlak olub. Ardınca isə Bağdadda ABŞ ordusu iranlı general Qasım Süleymaniyə qarşı sui-qəsd təşkil edib.

Əlavə edək ki, Con Bolton sentyabr ayında Trampın qərarı ilə vəzifədən uzaqlaşdırılıb.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm