Dünya ŞOK İDDİA ilə çalxalanır: ABŞ qorxulu silahını işə saldı - Fəlakət yaxınlaşır
Bizi izləyin

ABŞ

Dünya ŞOK İDDİA ilə çalxalanır: ABŞ qorxulu silahını işə saldı - Fəlakət yaxınlaşır

Rusiyanın millət vəkili Aleksey Juravlyov diqqətçəkən iddia ortaya atıb.

Publika.az xəbər verir ki, o iddia edib ki, ölkədə temperaturun mövsümü normalardan çox olmasında ABŞ-ın əli var. Rusiyalının sözlərinə görə, amerikalılar “iqlim silahı”nı ərsəyə gətirərək, iqlim normalarını dəyişdirməyə cəhd göstərirlər:

“Qarşımızda müasir texnologiyalardan istifadə edən ABŞ var. ABŞ iqlim silahlarından bütün dünyada istifadə edə bilir. Bu hava şəraiti təsadüfi deyil. ABŞ-ın iqlim silahlarından Vyetnamda istifadə etdiyini bilirik. Amerikalılar elmi araşdırmalar apardıqlarını irəli sürərək, silahlarını işə salırlar. Bu isə dünyanı fəlakətə sürükləyir”.

Qeyd edək ki, Rusiyada tarixin ən isti qış mövsümlərindən biri yaşanır.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm